Zimbabvedə Harare - Çivhu magistral yolunda marşrut avtobusu ilə yük maşınının toqquşması nəticəsində 25 nəfər ölüb.
“İki sahil”in ZBC-yə istinadən xəbər verir ki, bu barədə əyalət məsələləri üzrə nazir İtay Ndudzo bildirib.
Onun sözlərinə görə, hadisə ötən gün axşam baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər qəza yerində ölüb, 2 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Yük maşınının sürücüsü də daxil olmaqla daha iki nəfər kritik vəziyyətdədir və tibbi yardım alır.
Hadisə yerində qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə Zimbabve polisinin əməkdaşları və mülki müdafiə bölmələri çalışır.