29 avqust 2026 14:59
87

Abubakarın yeni klubu müəyyənləşdi

“Neftçi”nin sabiq futbolçusu Vensan Abubakarın yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını  "Bodrumspor"da davam etdirəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə təmsilçisi kaamerunlu oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Abubakar 2025-ci ilin oktyabrından bu ilin may ayınadək “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”ın heyətində 18 matça çıxaraq, 9 qol vurub.

Əlavə edək ki, "Bodrumspor" Türkiyə 1-ci liqasında 2 xalla 17-cidir.