FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova 27-30 avqust tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında birinci yerə layiq görülüb.
“İki sahil” xəbər verir ki, FHN əməkdaşı +76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Gözəl Zutova Dünya kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada dünya çempionu olub.