30 avqust 2026 01:01
86

Uilyamsı saxlamalı idilər

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard klubun Neko Uilyamsı 2022-ci ildə “Nottinqem Forest”ə satmasını yanlış qərar hesab edir.

“İki sahil” xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, Cerrard 25 yaşlı müdafiəçinin hazırkı çıxışını yüksək qiymətləndirib və onun böyük klubda oynamaq üçün bütün xüsusiyyətlərə sahib olduğunu bildirib:

“Çox peşəkar, aqressiv, ambisiyalı və rəqabətcildir. Onun istedadını əvvəldən bilirdik. Bu keyfiyyətləri birləşdirəndə Premyer Liqada yüksək səviyyədə oynamaq və uzun müddət özünü təsdiqləmək mümkündür”.

Cerrard Uilyamsın hələ potensialının tam həddinə çatmadığını düşünür:

“Mənim üçün o, möhtəşəm cinah müdafiəçisidir. “Nottinqem Forest” azarkeşlərindən üzr istəyərək deyirəm: məncə, “Liverpul” onu mütləq saxlamalı idi”.

Qeyd edək ki, “Liverpul” akademiyasının yetirməsi olan Uilyams əsas komandada 33 rəsmi matç keçirib. O, 2022-ci ilin yayında təxminən 20 milyon avroya “Nottinqem Forest”ə transfer olunub. Hazırda onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.