30 avqust 2026 00:28
89

Boksçumuz Serbiyada keçirilən turnirdə məğlub olub

Serbiyanın paytaxtı Belqradda keçirilən "Balkan Boxing 11" turnirində azərbaycanlı boksçu Rəhim Əliyev serbiyalı boksçu Aleksandar Konovalova qarşı mübarizə aparıb.

“İki sahil” xəbər verir ki, yarım ağır çəki dərəcəsində gücünü sınayan azərbaycanlı idmançı məğlub olub.

Xatırladaq ki, iki idmançı daha əvvəl 2021-ci ildə üz-üzə gəlib.