30 avqust 2026 11:15
108

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun olacaq

Misli Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün ilk matçında "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gələcəklər.

Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

"Turan Tovuz" 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu - 12-cidir.

Günün digər qarşılaşmasında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.

Hərəyə 6 xal əldə edən "Neftçi" ilə "Zirə" komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.

Misli Premyer Liqası

I dövrə, III tur

30 avqust

18:00. "Kəpəz" – "Turan Tovuz"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.

VAR: Əli Əliyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Gəncə şəhər stadionu

20:15. "Zirə" – "Neftçi"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.