30 avqust 2026 12:46
76

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.