30 avqust 2026 14:43
100

Millimizin üzvü "Sampdoriya"da debüt etdi

Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero "Sampdoriya"nın əsas komandasında debüt edib.

“İki sahil” xəbər verir ki, 18 yaşlı futbolçu İtaliya B seriyasında "Yuve Stabiya"ya qarşı görüşün 87-ci dəqiqəsində meydana daxil olub. Bu, həm də Mezzoteronun B seriyasında ilk oyunu olub.

Qarşılaşma "Sampdoriya"nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Mezzotero hazırda "Sampdoriya"nın U-19 komandasının üzvüdür.

Xatırladaq ki, “Neftçi” Futbol Akademiyasının yetirməsi olan Mezzotero 2014-2020-ci illərdə Azərbaycanda yaşayıb.