Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında etimadı doğruldub.
“İki sahil” xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vuran Mehin, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3-0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb. Stolüstü tennisçimiz həlledici görüşdə Latviya idmançısı ilə qarşılaşacaq.