30 avqust 2026 22:11
108

"Zirə" "Neftçi"yə qalib gəldi

Misli Premyer Liqasının 3-turunda "Neftçi" "Zirə"nin qonağı olub.

İki sahil”in məlumatına görə, yarışda yeganə qolu 45+3-cü dəqiqədə “Zirə”nin kapitanı Qismət Alıyev vurub.

Bununla da “qatrallar” meydanı qalib tərk ediblər.

Misli Premyer Liqası,

3-cü tur

30 avqust

20:15. “Zirə” 1–0 “Neftçi”

Qol: Qismət Alıyev, 45+3

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Zirə İK stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”