31 avqust 2026 23:10
97

Qəzzada HƏMAS-ın komandirlərindən biri öldürülüb

İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandirlərindən biri olan Ömər Məhəmməd Rüşdi əs-Sərrac öldürülüb.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirildiyinə görə, o, HƏMAS hərəkatının hərbi qanadının komandiri olub.

Hücum zamanı HƏMAS-ın bir döyüşçüsünün də öldürüldüyü bildirilir.