01 sentyabr 2026 10:42
94

Modern.az 17 yaşında

Bu gün Modern.az xəbər portalının 17 yaşı tamam olur.

Modern.az 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Geridə qalan 17 il ərzində portal Azərbaycanın onlayn media məkanında özünəməxsus dəst-xətti ilə seçilən informasiya platformalarından birinə çevrilib. Xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

Azərbaycanda, regionda və dünyada baş verən hadisələri operativ şəkildə oxuculara çatdıran Modern.az gündəlik xəbərlərlə yanaşı, araşdırma, müsahibə, reportaj, analitik material və xüsusi layihələr təqdim edir.

Siyasət, parlament, təhsil, sosial sahə, iqtisadiyyat, Qarabağ, mədəniyyət, diaspor və beynəlxalq münasibətlər portalın əsas mövzu istiqamətlərini təşkil edir.  Hazırda portal Azərbaycan, ingilis, rus, türk, fars, özbək və erməni dillərində xəbərlər təqdim edərək Azərbaycan reallıqlarını daha geniş beynəlxalq auditoriyaya çatdırır.

“İki sahil” Modern.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!