Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq üçün “Fəlsəfə” fənnindən qəbul imtahanları keçirilir.
İmtahanlarda BDU-nun doktoranturasına sənəd təqdim etmiş 175, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Riyaziyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya İnstitutu, akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu, Kimya İnstitutu, Coğrafiya İnstitutu, Geologiya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, İqtisadiyyat İnstitutu və İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturalarına qəbul olmaq istəyən 156 nəfər, ümumilikdə 331 iddiaçı iştirak edir.
Qəbul imtahanları BDU-da təşkil olunmuş İmtahan Komissiyasında şifahi formada aparılır. İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilmiş xarici dil üzrə qəbul imtahanında müvafiq keçid balını toplamış (və ya DİM tərəfindən müvafiq beynəlxalq dil sertifikatı təsdiqlənmiş) iddiaçılar iştirak edirlər.
“Fəlsəfə” fənni üzrə qəbul imtahanları sentyabrın 3-də başa çatacaq.
İmtahandan müvəffəqiyyətlə keçən iddiaçılar növbəti ixtisas imtahanında iştirak edəcəklər.
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
“Molla Nəsrəddin – 120” mövzusunda Respublika elmi konfransının materialları çapdan çıxıb
Mələk Bağırova ABŞ-də beynəlxalq innovasiya festivalında Milli Aviasiya Akademiyasını uğurla təmsil edib
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib