Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib