Təmir işləri ilə əlaqədar sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd ounub ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıdakı küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq:
Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan;
- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan;
- Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan.
Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları
İsrailin Bar-İlan Universitetinin vitse-prezidenti Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da
TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir