Ötən gün Hörmüz boğazından cəmi 4 gəmi keçib ki, bu da 10 günlük ortalamadan xeyli aşağıdır.
“İki sahil” "Reuters" agentliyinə istinadla xəbər verir ki, son 10 gün ərzində ortalama keçid təxminən 13 gəmidən ibarət olub.
Dəniz ticarəti sahəsində ixtisaslaşmış qlobal gəmi izləmə şirkəti olan "Kpler"in məlumatlarına görə, ötən gün boğazdan keçən 4 gəmi - bir ədəd ultra-böyük xam neft daşıyıcısı (VLCC), bir "Panamax" tankeri, bir "Kamsarmax" yük gəmisi və bir orta ölçülü tanker olub.
"Reuters" onu da qeyd edir ki, bəzi gəmilərin adətən səfər zamanı transponderlərini söndürməsi səbəbindən bu rəqəmlər dəyişə bilər.
Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Arsen Venger: Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu
Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir