02 sentyabr 2026 12:27
126

Aİ XİN rəhbərləri veto hüququndan İMTİNA EDİLMƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Aİ XİN rəhbərləri İrlandiyada keçirilən qeyri-rəsmi görüşdə xarici siyasət sahəsində qərarların qəbulu zamanı Avropa İttifaqı ölkələrinin veto hüququndan imtina etməsini müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ avradiplomatiyasının rəhbəri Kaya Kallas Aİ XİN rəhbərlərinin qeyri-rəsmi görüşünə gələrkən bəyan edib.

"Nazirlər Aİ-nin xarici siyasətini, onun effektivliyini necə artırmağı müzakirə edəcəklər", — deyə o bildirib. Kallasın sözlərinə görə, bu məsələdə Brüsseldə hər şey indi "yekdilliyə qarşı birlik" probleminə — yəni Brüsselin və Aİ-nin bir sıra aparıcı ölkələrinin xarici siyasət qərarlarının qəbulu zamanı birlik ölkələrini veto hüququndan məhrum etmək və Brüsseldə "Avropa birliyi prinsipi" adlandırılan səs çoxluğu ilə qərarların qəbulunun bu və ya digər formasına keçmək təkliflərinin müzakirəsinə gəlib çıxır.

O bildirib ki, bu islahat Aİ-yə qərarların qəbulunda daha sürətli olmaq və gələcəkdə yarana biləcək müəyyən yeni situasiyalara reaksiya vermək qabiliyyətinə yiyələnmək üçün lazımdır.

Kallas bu islahatın əsas problemini Avropa İttifaqının bazis sazişlərini dəyişmədən səs çoxluğu ilə qərarların qəbuluna keçməkdə görür, çünki bu, Aİ ölkələrində referendumların keçirilməsini tələb edəcək ki, bu da dəfələrlə Brüsselin müxtəlif yeniliklərinin uğursuzluğuna gətirib çıxarıb.