AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC dünyanın nüfuzlu texnologiya müsabiqələrindən olan "DCS Awards 2026"da uğurla təmsil olunub.
Şirkət "AZINCLOUD" platforması ilə "İlin bulud layihəsi" (Cloud Project of the Year) nominasiyasında yüksək qiymətləndirilərək "runner up" (xüsusi fərqlənmə) statusunu qazanıb. Qaydalara əsasən, bu status yalnız texnoloji innovativliyi, etibarlılığı və yüksək göstəriciləri ilə fərqlənən layihələrə verilir.
Qeyd edək ki, "DCS Awards" hər il məlumat mərkəzləri, bulud xidmətləri və İT infrastrukturu üzrə dünyanın qabaqcıl texnologiya şirkətlərini və layihələrini müəyyən edir. Qlobal miqyasda rəqabətin yaşandığı və dünya telekommunikasiya liderlərinin yarışdığı müsabiqədə "AZINCLOUD"un fərqlənməsi “AzInTelecom”un İT infrastrukturunun beynəlxalq səviyyədə olduğunu göstərir.
*“AZINCLOUD” haqqında*
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
İKTA-nın təşkil etdiyi sabit internet xidmətləri sorğusunda iştirak edənlərin sayı 33 mini keçib
“ABB Davr layihəsi Azərbaycanın maliyyəbrendinin, texnologiyasının, bankçılıq təcrübəsinindaha geniş coğrafiyaya çıxışıdır”
2026-cı ilin ilk 7 ayında 10 minə yaxın avadanlığın mülki dövriyyəsinə xüsusi icazə verilib