Sabah Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H. Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşüb