Goranboy rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Rayon Təhsil Sektorunun müdiri Vüsal Məmmədov, eləcə də gənc tələbələr iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, gənclərin potensialının reallaşdırılmasına göstərilən dövlət qayğısından söz açıblar. Qeyd olunub ki, gənclərin əldə etdiyi bu uğurlar həm onların fərdi zəhmətinin, həm də müəllim və valideynlərinin birgə əməyinin bəhrəsidir.
Görüş zamanı gənclərin qazandığı yüksək göstəricilər xüsusi qiymətləndirilib, onların ölkəmizin savadlı, kadr potensiaı yüksək olan və vətənpərvər mütəxəssisləri kimi yetişəcəklərinə əminlik ifadə olunub. İştirakçılar gəncləri təbrik edərək, onlara gələcək təhsil illərində və şəxsi fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıblar.
Tədbirin sonunda yüksək akademik nəticələri ilə fərqlənən gənc tələbələrə qiymətli hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
YAP Ağdaş rayon təşkilatında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib
"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib
Ağalar Vəliyev yüksək bal toplayan Xaçmazlı tələbələri mükafatlandırdı - FOTO