3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib. Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub. Bununla da "Neftçi SOCAR" 1/4 finala vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.
Qeyd edək ki, final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.