06 sentyabr 2026 16:49
67

Abdullahi: ABŞ istəklərinə nail ola bilməyəcək

ABŞ öz strateji boşluq və məğlubiyyətini yumşaq, koqnitiv müharibə və iqtisadi təzyiqlərlə kompensasiya etməyə çalışır.

“İki sahil” xəbər verir ki, "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Abdullahinin sözlərinə görə, ABŞ istəklərinə nail ola bilməyəcək və İrana qarşı hərbi müharibə tarixinə daha bir məğlubiyyət əlavə edəcək: "Amerikalılar səksən ildən çoxdur ki, heç bir ölkədən mənfi cavab eşitməyiblər. Onların İrana təcavüzdən əvvəlki gözlənti və təsəvvürləri xalqımızın təslim olması idi. Bu heç vaxt gerçəkləşməyəcək bir xəyaldır".