06 sentyabr 2026 21:04
106

4 saatlıq görüş başa çatıb

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri - Stiv Uitkoff və Cared Kuşnerlə 4 saata qədər davam edən görüşü başa çatıb.

“İki sahil” xəbər verir ki, V.Zelenski mediaya bəyanatına yumorla başlayaraq deyib ki, görüşdə onlar daha çox işləyiblər, nəinki son vaxtlar ukraynalıların daha çox ehtiyacı olduğu amerikanın "Patriot" sistemləri.  "Eyni zamanda ABŞ Prezidenti nümayəndələrinin bugünkü səfərinin digər ən böyük əhəmiyyəti də odur ki, onların burada olmasına görə Rusiya bu gün Kiyevi vurmadı" - deyə V.Zelenski S.Uitkoffa minnətdarlıq edib.

Ukrayna Prezidenti qeyd edib ki, danışıqlarda onun üçün əsas uğur ölkəsinin müdafiə sisteminin gücləndirilməsi iıə bağlı nəticələrdir: "2027-ci ildə ABŞ "Patriot" HHM sistemləri üçün raketlərin istehsalını artıracaq. Ukrayna raket əleyhinə silah istehsalının həcminin artırılmasına ümid bəsləyir. ABŞ tərəfi gələn il "Patriot" üçün antiballistik raketlərin istehsal həcmini artıracaq. Hesab edirik ki, istənilən halda, müharibə başa çatacaq, buna baxmayaraq bunlar bizə lazım olacaq. Biz dövlətimizin müdafiəsi üçün belə sistemlərə ümid bəsləyirik. Ona görə də gələn il həcmləri artıracağıq. Mən buna tam əminəm".