06 sentyabr 2026 21:38
136

Trampın administrasiyası "sülh paketi" hazırlamaq üzərində işləyir

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həlli üçün "sülh paketi" hazırlamaq üzərində işləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynada danışıqlardan sonra keçirilən mətbuat konfransında ABŞ prezidentinin kürəkəni Cared Kuşner bildirib. "Prezident Trampın [xüsusi nümayəndəsi] Stiv [Uitkoff] və mənə sülh paketi hazırlamaq tapşırılıb", - deyə o bildirib. "ABŞ hökumətində bir çox insan, o cümlədən Prezident, vitse-prezident, dövlət katibi Marko Rubio və bir çox başqaları bunu bir araya gətirməyə çalışırlar", - deyə o əlavə edib.