06 sentyabr 2026 21:49
242

Kabo-Verdenin Foqo adasında avtobus qəzasında ölənlərin sayı 25-ə çatıb

Kabo-Verdenin Foqo adasında avtobus qəzasında ölənlərin sayı 25-ə çatıb.

“İki sahil”in "Noticias Ao Minuto" yerli portalına istinadən məlumatına görə, bu barədə Prezident Jose Mariya Neveş bildirib. Bundan əvvəl 22 nəfərin öldüyü, daha 18 nəfərin yaralandığı, onlardan dördünün vəziyyəti ağır olduğu bildirilirdi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli şöbəsi zərərçəkənlərə kömək etmək üçün qrupların səfərbər olunduğunu elan edib.

San-Filipe bələdiyyəsi iki günlük matəm elan edib və ölənlərin ailələrinə dəstək tədbirləri barədə xəbər verib.