Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 22 may-28 iyun 2026-cı il tarixlərində keçirilən “Gənclərtəşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosialtəşəbbüslər üzrə qrant müsabiqəsi”nin nəticələri elan edilib.
Qrant müsabiqəsinin məqsədi dövlət gənclər siyasətininprioritetlərinə uyğun olaraq gənclərin və gənclərtəşkilatlarının potensialının inkişaf etdirilməsi, onlarıncəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatındafəal iştirakının təşviqi, innovativ və ictimai faydalıtəşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosialməsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməkolub.
Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncinlayihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesabedilib.
Qrant müsabiqəsinin qaliblərinin siyahısı iləhttps://youthfoundation.az/199245/ linki vasitəsilə tanış ola bilərsiniz.
Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 sentyabr-15 oktyabr tarixləri aralığında tələb olunansənədlərlə birgə Gənclər Fondunun ofisinə yaxınlaşabilərlər.
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Göygöldə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib