İsrailin Livanın cənubunda son 3 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ümumilikdə 27 nəfər ölüb, 69-u yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, sentyabrın 7-də həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 12 nəfər ölüb, 10-u yaralanıb. Nazirlik ölən və yaralananların sayının arta biləcəyini istisna etməyib.
İsrail tərəfi isə Livanın cənubunda mövqe tutan Hizbullah qüvvələrinə qarşı əməliyyatların keçirildiyini bildirir.
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib