07 sentyabr 2026 20:38
78

Azərbaycan Ukraynanın Kiyev bölgəsinə 36 tondan çox enerji avadanlığı verib

Azərbaycan Ukraynanın Kiyev bölgəsinə çəkisi 36 tondan çox olan enerji avadanlığı verib.

“İki sahil” bu ölkənin Energetika Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan tərəfindən təmin edilən avadanlıq Energetika Nazirliyinin mərkəzi anbarlarından Kiyev bölgəsindəki vacib infrastruktur obyektlərinə köçürülüb. Bu avadanlığın enerji infrastrukturu obyektlərində təmir işlərinin sürətləndirilməsinə kömək edəcəyi bildirilib. “Ukraynanın enerji sektoruna göstərdiyiniz dəstəyə görə təşəkkür edirik, Azərbaycan!”, - deyə məlumatda vurğulanıb.