Gürcüstanın paytaxtı Tbilisidə tramvay xətti yenidən bərpa olunur.
“İki sahil” xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb. Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tbilisi Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb. Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.
Layihə başa çatdıqdan sonra tramvay xətti Tbilisinin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib