Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Səudiyyə Ərəbistanı arasında gözlənilən nüvə sazişi Ər-Riyadın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) geniş təftiş səlahiyyətləri verən əlavə protokola qoşulmasını nəzərdə tutmur. Bununla belə, agentliyə bəzi sahələrdə əlavə yoxlama və monitorinq səlahiyyətləri verəcək analoji mexanizmlərin hazırlanması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, ərəb mediasına istinadla xəbər verir ki, bunu BAEA-nın baş direktoru Rafael Qrossi deyib.
Xatırladaq ki, iyul ayında ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında razılaşma əldə edilib. Razılaşmaya görə, Səudiyyə Ərəbistanı uranı zənginləşdirmək və ABŞ texnologiyasından istifadə etməklə nüvə reaktorları inşa etmək imkanı qazanıb. Nüvə silahının yayılmaması sahəsində fəaliyyət göstərən qrupların tənqidinə cavab olaraq Qrossi bildirib ki, əlavə protokol “ən ideal sistem”dir. Bununla yanaşı, o əlavə edib ki, Səudiyyə Ərəbistanı BAEA ilə qüvvədə olan hərtərəfli təminatlar sazişində nəzərdə tutulan əsas öhdəliklərdən daha geniş öhdəliklər götürməyə hazırlaşır. “Əsas məsələ ondan ibarətdir ki, məsləhətləşmələr və hazırlıq prosesi çərçivəsində ikitərəfli sazişə agentliyə əlavə yoxlama və monitorinq səlahiyyətləri verəcək bir sıra müddəaları daxil edə bilmişik”, - deyə BAEA-nın rəhbəri bildirib.
Rafael Qrossinin sözlərinə görə, BAEA ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli saziş üzrə bütün detallar tamamlandıqdan sonra sənəd agentliyin 35 ölkədən ibarət Direktorlar Şurasına təqdim ediləcək.
Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Zelenski: ABŞ hərtərəfli sülh sazişi üzrə danışıqların bərpası imkanını araşdırır