08 sentyabr 2026 00:26
91

Muxtar Babayev "X" sosial şəbəkə hesabında nədən yazıb?

Bakı Avropa və Mərkəzi Asiya üzrə 4-cü UNFCCC İqlim Həftəsinə ev sahibliyi edir.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb. Paylaşımda Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 ərəfəsində Bakıda belə bir tədbirin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

"Antalyada keçiriləcək COP31 ərəfəsində Bakı ölkələr və daha geniş iqlim ictimaiyyəti üçün ortaq məxrəcə gəlmək, etimad yaratmaq və həll yollarına diqqət yetirmək üçün mühüm bir məkan təqdim edir. İndi bizim vəzifəmiz öhdəliklərdən icraya, ambisiyadan sərmayəyə və dialoqdan nəticələrə keçməkdir. Qoy Bakı tərəfdaşlıqların qurulduğu, həll yollarının irəli aparıldığı, güclü və ambisiyalı COP31 üçün dinamikanın yaradıldığı bir məkan olsun".

Xatırladaq ki, "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) mühüm məsələlər müzakirə olunub.