Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib.
“İki sahil” xəbər verir ki, güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb. Şəhərin Kiçik Bazar deyilən ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Aidiyyəti qurumların nümayəndələri ərazilərdə olub. Problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görüblər. Bəzi küçələrdə ağaclar xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib. Hazırda fasilələr yarandığı ərazilərdə elektrik enerjisinin tam verilməsi istiqamətində işlər davam etdirilir.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib