08 sentyabr 2026 12:31
112

Lavrov: ABŞ Ukraynanın NATO-ya daxil olması məsələsini bağlanmış hesab edir

ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması məsələsini bağlanmış hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın "Böyük oyun" proqramının efirində bəyan edib.

Nazirin sözlərinə görə, Tramp əvvəla bildirib ki, "Ukraynanı Şimali Atlantika Alyansına cəlb etməyə çalışmaq barədə ümumiyyətlə unutsunlar".

Lavrov qeyd edib: "Məsələ bağlandı və onu yenidən tərpətməyə çalışmaq lazım deyil". Eyni zamanda, xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Rusiya Ukrayna böhranı ilə bağlı amerikalı tərəfdaşlarla dialoqu davam etdirməyə hazırdır.