08 sentyabr 2026 12:34
104

Ukrayna üzrə GİZLİ DANIŞIQLAR APARILIR?

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, əgər Qərb kompromis təşəbbüslərlə çıxış edən ölkələri nizamlanmadan çəkindirərsə, Rusiya öz məqsədlərinə hərbi yolla nail olacaq.

“İki sahil” xəbər verir ki, Serqey Lavrov "Sama Menşova" layihəsinə müsahibəsində bildirib ki, hazırda Ukrayna münaqişəsi ilə bağlı heç bir "gizli danışıqlar" aparılmır.

Nazir bəyan edib ki, "diplomatik cəbhədə hazırda heç nə baş vermir". Sergey Lavrovun sözlərinə görə, hər şey Rusiya qoşunlarının "ardıcıl və tərəddüdsüz irəliləyişinin" baş verdiyi hərbi cəbhədə cərəyan edir.

Nazir iddia edib ki, əvvəla Kiyevdən, digər paytaxtlardan, Vaşinqvondan eşitdikləriniz dUkrayna üçün bir müddətlik yenidən güc toplamaq üçün növbəti dəfə fasilə götürmək məqsədi daşıyır.