08 sentyabr 2026 13:08
90

Fransa və Almaniya arasında fikir ayrılığı yaranıb: Ursula, yoxsa Kallas?

Paris və Berlin Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) necə islah edilməli olduğu məsələsində fikir ayrılıqlarına malikdirlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalı mənbələrə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, Almaniyanın planı EEAS-ın Avropa Komissiyasına (AK) birləşdirilməsini nəzərdə tutur. Lakin bu halda Aİ-nin xarici işlər idarəsinin rəhbəri Kaya Kallas AK sədrinin tabeliyinə keçəcək ki, bu da Fransanı qane etmir.

"Euractiv" qeyd edir ki, Paris Avropa Komissiyasının indiki rəhbəri Ursula fon der Lyayenin Birliyin xarici siyasətinə güclü şəkildə nəzarət etməsindən narazıdır və hesab edir ki, bu, onun səlahiyyətlərinə daxil deyil. Portal xatırladır ki, əvvəllər Fransa Kallasın rolunun gücləndirilməsinin tərəfdarı çıxış etmiş və ona Avropa Komissiyasının birinci icraçı vitse-prezidenti statusunun verilməsi imkanlarını nəzərdən keçirmişdi. Fransanın xarici işlər naziri Jan-Noel Barro ötən həftə İrlandiyada Kallasın aparatının gücləndirilməsinin zəruriliyini də bəyan etmişdi.

Bundan əvvəl bildirilmişdi ki, bu təşəbbüsdə Aİ liderlərinin gələn ay keçiriləcək sammitində müzakirə olunacaq və Aİ-nin xarici siyasət xidmətinin bir sıra səlahiyyətlərinin Avropa Komissiyasının ticarət, rəqəmsal tənzimləmə və texnologiyalarla məşğul olan profil departamentlərinə inteqrasiyasını nəzərdə tutur. Təşəbbüsdə əsas məqsəd kimi iştirakçı ölkələrin növbəti ümumi Aİ büdcəsini azaltmaq tələbləri fonunda funksiyaların təkrarlanmasının qarşısını almaq və xarici siyasət fəaliyyətinin xərclərini azaltmaq göstərilir.