08 sentyabr 2026 14:25
92

Nyu-Meksiko qubernatoru ştatın adının dəyişdirilməsi ideyasını qiymətləndirib

Nyu-Meksiko ştatının qubernatoru Mişel Luhan-Grişem hesab edir ki, ABŞ prezidenti Donald Tramp ştatın "Yeni Amerika" olaraq adlandırılması ideyasından vətəndaşların diqqətini yanacaq qiymətlərinin artmasından və İrandakı münaqişədən yayındırmaq üçün istifadə edir.

“İki sahil” xəbər verir ki, qubernator "X" sosial şəbəkəsində yazıb: "Nyu-Meksiko adı müzakirə mövzusu deyil. Prezident Tramp amerikalıların diqqətini İrandakı fəlakətli müharibəsindən yayındırmağa çalışarkən, benzin qiymətləri artmağa davam edir".

O, ştat adının köklərinin Birləşmiş Ştatların yarandığı dövrdən əvvəlki tarixlərə gedib çıxdığını vurğulayıb. Qubernator əlavə edib: "Ağ Ev xəritələrin rənglənməsinə vaxt sərf edərkən, Nyu-Meksiko işlə məşğuldur".

Xatırladaq ki, bundan əvvəl Tramp "Truth Social" sosial şəbəkəsində Kanada, Meksika və Qrenlandiyanın ABŞ bayrağının rənglərinə boyandığı xəritə dərc etmişdi. O, həmçinin ABŞ-nin Nyu-Meksiko ştatının "Yeni Amerika" adlandırıldığı bir neçə xəritə də yerləşdirmişdi. Sentyabrın 6-da Tramp adın bu cür dəyişdirilməsini dəstəklədiyini bəyan etmişdi.