08 sentyabr 2026 18:33
178

CNN: ABŞ Yaxın Şərqdə hərbi qulluqçuların və obyektlərin sayının azaldılmasını müzakirə edir

ABŞ-ın hərbi və kəşfiyyat strukturları İranla münaqişə başa çatdıqdan sonra Yaxın Şərqdə ABŞ hərbçilərinin və obyektlərinin sayının ehtimal edilən azaldılmasını müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, söhbət həmçinin İranın zərbələri nəticəsində ciddi zərər görmüş və ya məhv edilmiş bəzi obyektlərin bərpa olunmamasından, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Xüsusi Təyinatlı Qüvvələrin bəzi tapşırıqlarının regionda daimi personal yerləşdirmədən həyata keçirilməsindən gedir.

CNN qeyd edir ki, hazırda regionda təxminən 50 min ABŞ hərbi qulluqçusu, iki təyyarədaşıyan gəmisi və idarə olunan raket silahına malik ondan çox esmines yerləşir. Bununla belə, telekanalın məlumatına görə, Pentaqonun yüksək vəzifəli nümayəndələri Fars körfəzinin bir sıra ölkələrində ABŞ-ın mövcudluğunun azaldılmasının və müdafiə yükünün əsas hissəsinin regional tərəfdaşlara ötürülməsinin tərəfdarıdırlar.

Hələlik heç bir yekun qərar qəbul edilməyib. CNN-in mənbələri qeyd edirlər ki, ABŞ-ın regiondakı qüvvələrinin strukturunda ehtimal edilən dəyişikliklər gələn il başlaya bilər, lakin müddət İranla münaqişənin gedişatından və ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyindən asılı olacaq.