ABŞ İranın aviasiya sektoru ilə əlaqədar 36 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytındakı bəyanatda bildirilib.
Sanksiyalar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən "Economic Outcast" ("İqtisadi blokada") əməliyyatı çərçivəsində tətbiq edilib. İddiaya görə, həmin şəxslər silah, şəxsi heyət və qeyri-qanuni yüklərin daşınmasında Tehranı dəstəkləyirlər.
Xüsusilə, OFAC sanksiya siyahısına 27 İran aviaşirkətini, o cümlədən "Iran Air Tour", "Iran Aseman Airlines", "Kish Airlines", "Qeshm Air", "Saha Airlines", "Sepehran Airlines", "Varesh Airlines" və "Zagros Airlines" şirkətlərini daxil edib.
OFAC həmçinin ABŞ tərəfinin iddiasına görə, "Mahan Air"in silahların yayılması, terror təşkilatları ilə əlaqəli əməliyyatlar və ABŞ istehsalı olan təyyarələrin qeyri-qanuni satın alınması ilə bağlı fəaliyyətinə kömək edən üçüncü ölkələrin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib.
Lukaşenko ictimai təhlükəsizliyin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb