İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq imkanını görmür.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan bəyan edib.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı sualınıza gəlincə, biz bu strukturun işində iştirakımızı çoxdan dayandırmışıq, üzvlüyümüzü dondurmuşuq, mövqeyimizi dəyişməyəcəyik. Biz KTMT-yə qayıdışımızı görmürük", - deyə Mirzoyan bildirib.
Daha əvvəl KTMT-nin Baş katibi Masadıkov TASS-a bəyan etmişdi ki, 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatdan xaric edilməsi məsələsi qaldırıla bilər.