Çin Yaxın Şərqdə mülki hava limanlarına və digər mülki obyektlərə zərbələr endirilməsinə qarşı çıxış edir.
“İki sahil” xəbər verir ki, bu barədə brifinqdə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun bəyan edib.
"Çin regionda davam edən gərginliklə bağlı dərin narahatlığını ifadə edir və mülki hava limanlarına, eləcə də digər mülki obyektlərə hücumların aleyhinə çıxış edir. Biz müvafiq tərəfləri ixtilafları dialoq və danışıqlar yolu ilə həll etməyə, Yaxın Şərqdə sülh və sakitliyin tezliklə bərpa olunmasına kömək etməyə çağırırıq", — deyə diplomat bildirib.
Xatırladaq ki, oktyabrın 25-də Yəmənin "Ənsar Allah" hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Ər-Riyad hava limanına, eləcə də Xamis-Muşayt və Cizandakı hərbi bazalara ballistik rakiət zərbələrinin endirildiyini bəyan edib. O, Səudiyyə Ərəbistanı paytaxtının hava limanını təhlükəli adlandıraraq, beynəlxalq aviaşirkətləri və sərnişinləri oradan uçuşlar həyata keçirməkdən imtina etməyə çağırıb.