28 oktyabr 2026 11:51
110

Yaponiyanın plutonium ehtiyatı minlərlə nüvə başlığına çatar - İDDİA

Yaponiyanın plutonium ehtiyatları minlərlə nüvə döyüş başlığının istehsalı üçün kifayətdir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Silahsızlanma Assosiasiyasından bildirilib.

Assosiasiyanın məlumatına görə, Yaponiyanın hazırkı hakimiyyəti öz nüvə potensialını yaratmağa can atır.

Çin Silahsızlanma Assosiasiyasının rəhbəri bəyan edib ki, Yaponiyanın nüvə silahının çatdırılma vasitələrini (daşıyıcılarını) yaratmaq üçün bütün zəruri potensialı var.

O, vurğulayıb ki, yapon siyasətçilərinin nüvə ambisiyaları Yaponiyanın yüz milyonlarla sakinini gələcəyini təhlükə altına qoyur.