İtaliyanın Baş naziri Corca Meloni 10 aydır ki, Ukraynaya 13-cü hərbi yardım paketinin ayrılmasını ləngidir. Yardım göndərilməsi haqqında qərarın ABŞ Konqresinə aralıq seçkilərinədək təxirə salındığı güman edilir.
“İki sahil” xəbər verir ki, bu barədə çərşənbə axşamı "Il Giornale" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, ABŞ-nin siyasi təqvimi İtaliya üçün yeni istiqamətverici amilə çevrilir. Amerikada keçiriləcək seçkilərinin hansı nəticəsinin qərarın qəbul edilməsinə təkan verəcəyi bəlli deyil və qərarın seçkilərdən dərhal sonra qəbul edilib-edilməyəcəyi də aydın deyil.
Daha əvvəl "La Repubblica" qəzeti qeyd edib ki, köməyin 10 ay ləngiməsinin əsas səbəblərindən biri hökumət daxilindəki aşkar fikir ayrılıqlarıdır. Hakim koalisiyaya daxil olan "Liqa" partiyası Ukraynaya silah göndərilməsinə qarşı etirazlarını daha kəskin şəkildə bəyan edir.