28 oktyabr 2026 12:15
136

Qazaxıstanda ingilis hüquq modeli: Alatau şəhərində kommersiya mübahisələrinə xüsusi məhkəmə baxacaq

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xalqa müraciətində ölkənin cənubunda yerləşən və xüsusi hüquqi statusa malik yeni Alatau şəhərində kommersiya işlərinin İngilis hüququ prinsipləri tətbiq olunmaqla baxılacağı xüsusi məhkəmə sisteminin yaradılacağını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"İnvestisiyalar və sahibkarlıq üçün əlverişli mühit olmalı olan sürətli inkişaf şəhəri Alataunun tikintisinin böyük əhəmiyyəti insanların əksəriyyəti üçün aydın olub. İstənilən beynəlxalq yurisdiksiyanın uzunmüddətli cəlbediciliyinin əsas şərti effekiv ədalət mühakiməsidir. Bu səbəbdən Alatauda ədalət mühakiməsinin yüksək keyfiyyətini təmin edən məhkəmə sistemi yaradılmalıdır. İngilis ümumi hüquq modelinə əsaslanan İnvestisiya Məhkəməsi kommersiya işlərinə baxacaq", - deyə prezident bildirib.

Tokayev, həmçinin ölkə hökumətinə 2027-ci il yanvarın sonunadək "Alatau şəhərinin xüsusi hüquqi rejimi haqqında" konstitusiya qanununa müvafiq düzəlişləri Qurultayın (birpalatalı parlamentin) baxışına təqdim etməyi tapşırıb.

Alatau ölkənin ən böyük meqapolisi olan Almatının şəhəridir. Bu il onun xüsusi statusu haqqında xüsusi konstitusiya qanunu qəbul edilib. Şəhərdə, həmçinin mal və xidmətlərin kriptovalyuta ilə ödənilməsinə icazə verilməsi planlaşdırılır.