08 sentyabr 2026 21:33
142

Ərdoğan ölkəmizin Türkiyədəki səfirini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.

Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.