Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması üçün önəmli addımlar atıb.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Vaşinqtonda imzalanan birgə bəyanatda da qeyd olunduğu kimi, sülh sazişinin paraflanmasından sonra prosesin başa çatması üçün ehtiyac olan addımlar atılmalıdır. Bunlardan biri də Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərdir. Biz bununla bağlı Ermənistandan müxtəlif mesajlar alırıq. Baş nazir Nikol Paşinyan planlar barədə də yeni mesajlar verir. Bizim bu mövzuda mövqeyimiz dəyişməzdir. Sülh sazişinin imzalanması üçün bu sadalananlar vacibdir", - nazir vurğulayıb.
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB