09 sentyabr 2026 20:51
154

Sabah Yasamal və Qaradağın qaz təchizatında qısamüddətli fasilə yaranacaq

Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində sentyabrın 10-da qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.