Çin Xalq Respublikasının Sədri Si Çinpin Tsindao şəhərində təmirdə olan xarici gəmidə baş vermiş yanğının səbəblərinin operativ şəkildə araşdırılmasını tələb edib.
TASS-a istinadla xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"İtkin düşənlərin axtarışı və xillasının sürətləndirilməli, nəticələrin aradan qaldırılması üzrə işlər lazımi qaydada yerinə yetirilməli, həmçinin qəzanın səbəbləri dərhal araşdırılmalı və təqsirkarlar qanun qarşısında məsuliyyətə cəlb edilməlidir", – deyə o qeyd edib.
Fövqəladə hadisə Çinin şərqindəki Tsindao şəhərində yerləşən "Beihai Shipbuilding" gəmiqayırma zavodunda qeydə alınıb.
Təmir üçün limanda dayanan xarici yük gəmisində güclü yanğın baş verib. Yanğın nəticəsində xeyli sayda insan ölümü və xəsarət alanların olduğu bildirilir.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır