Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat yayıb.
Yayılan bəyanata əsasən, ölkə ikitərəfli əlaqələri qoruyub saxlamaq üçün bütün vasitələrin tükənməsindən sonra BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Əlcəzair ilə BƏƏ arasında münasibətlər daxili işlərə müdaxilə və regional təhlükəsizlik problemləri üzrə yaranan ziddiyyətlər səbəbindən mürəkkəbləşmişdi. 2025-ci ilin oktyabrında respublikanın prezidenti Əbdülməcid Təbbun Körfəz ölkələrindən biri ilə münasibətlərin Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanı ilə olan əlaqələr səviyyəsində inkişaf etmədiyini bildirmiş və həmin ölkəni Əlcəzairin sabitliyinə təsir göstərməyə cəhdlərdə ittiham etmişdi.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır