Almaniyanın kansleri Fridrix Merts Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb. Söhbət zamanı tərəflər Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişinin tezliklə imzalanmasını dəstəklədiklərini bildiriblər. Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Tərəflər Almaniya və Hindistan arasındakı strateji tərəfdaşlığı təsdiqlədilər və regional, eləcə də beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar. Kansler Merts və baş nazir Modi təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər. Onlar Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişinin tezliklə imzalanmasının tərəfdarı olduqlarını bildirdilər", – deyə Kornelius qeyd edib.
Brüssel və Yeni Dehli azad ticarət sazişi üzrə danışıqları təxminən 20 illik müzakirələrdən sonra cari ilin yanvar ayının sonunda başa çatdırıblar. Hazırda sənədin mətni hüquqi razılaşdırma mərhələsindədir. Sazişin imzalanmasının cari ilin sonuna qədər baş tutacağı gözlənilir.
Almaniya 2029-cu ilə qədər hərbi xərclərini ÜDM-in 3,5%-nə çatdırmağı planlaşdırır
Çin lideri gəmidə baş vermiş yanğınla bağlı operativ təhqiqat aparılmasını tələb edib