10 sentyabr 2026 17:12
166

Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR

Avropa Şurası (AŞ) və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG3) çərçivəsində həyata keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə Avropa Şurası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə auditorlar üçün “Əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda seminar keçirildi.

“İki sahil” xəbər verir ki, seminarın məruzəçiləri Avropa Şurasının ekspertləri Cussi Brayt (Jussi Bright) və Ciuzeppe Lombardo (Giuseppe Lombardo) oldu.

2026-cı il sentyabrın 8, 9 və 10-da Bakı şəhərində JW Marriott Absheron Baku otelində keçirilən seminar üç ardıcıl birgünlük tədbir formatında təşkil olundu. Tədbirdə həm əyani, həm də onlayn iştirak imkanları yaradıldı.

Seminarda 200-ə yaxın sərbəst auditor və auditor təşkilatlarında çalışan auditor iştirak etdi.

Seminarın əsas məqsədi auditorların əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, audit zamanı bu istiqamətdə mövcud risklərin düzgün müəyyənləşdirilməsi və qiymətləndirilməsi, habelə risk əsaslı yanaşmanın tətbiqi üzrə praktiki biliklərin təkmilləşdirilməsi idi.